Goranboyda mikroavtobus qəzaya düşdü
Hadisə
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hərəkətdə olan minik maşını ilə "Mercedes" markalı mikroavtobus toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. (Unikal)