Güllələnmiş meyiti tapılan Nicatla bağlı yeni fakt - Foto

Güllələnmiş meyiti tapılan Nicatla bağlı yeni fakt - Foto Hadisə

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.

News24.az xəbər verir ki, Nicat qurumda məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.(Qafqazinfo.az)

Güllələnmiş meyiti tapılan Nicatla bağlı yeni fakt - Foto