Helikopter qəzasında ölən - Eskobar imiş
Hadisə
Xəbər verdiyimiz kimi, ABŞ-ın Nyu-York şəhərində helikopter Hudson çayına düşüb və qəzada 6 nəfər həyatını itirib.
News24.az bildirir ki, qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.
Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, qurbanlar arasında Siemens-in İspaniya baş direktoru Aqustin Eskobar və ailəsi də var.
Təhqiqatla tanış olan şəxs The Associated Press-ə bildirib ki, pilotdan başqa, qurbanlar arasında Eskobarın həyat yoldaşı, enerji texnologiyaları şirkətinin qlobal meneceri Merce Camprubi Montal və onların üç övladı var.
Şirkətdən verilən açıqlamada, "Aqustin Eskobar və ailəsinin həyatına son qoyan faciəli helikopter qəzası bizi dərindən kədərləndirdi. Onun bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk" deyilir.
Günel Məlikzadə