İçərisində insan qalıqları olan çanta tapıldı

İçərisində insan qalıqları olan çanta tapıldı Hadisə

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib.

Baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun içərisində ciddi dəyişikliklərə məruz qalmış insan bədəni parçaları aşkar ediblər.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.