İki qatar və taksi toqquşdu: Çox sayda ölən var - Bu ölkədə

İki qatar və taksi toqquşdu: Çox sayda ölən var - Bu ölkədə Hadisə

İndoneziyanın paytaxtı Cakarta yaxınlığında iki qatar və bir taksinin iştirakı ilə qəza baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb, 84 nəfər yaralanıb.

Şəhərətrafı qatarla uzaq məsafəli qatarın toqquşması bazar ertəsi gecə Bekasi şəhərində, Cakartanın yaxınlığında baş verib.

Məlum olub ki, şəhərətrafı qatar əvvəlcə relslərin üzərində olan taksi ilə toqquşub, daha sonra isə onu uzaq məsafəli qatar vurub.

Hazırda xilasedicilər dağıntılar altında qalanların çıxarılması işlərini başa çatdırıblar.

İndoneziyanın axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Syafii bildirib ki, qəza zamanı əsas zərbə qadınlar üçün nəzərdə tutulmuş vaqona dəyib. Buna görə də bütün qurbanlar qadın olub.

Qəzanı İndoneziyanın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Komitəsi (KNKT) araşdıracaq.

Qeyd edək ki, Cakarta dünyanın ən sıx məskunlaşmış şəhərlərindən biridir və şəhərətrafı qatarlar burada ən çox istifadə olunan nəqliyyat vasitələrindən sayılır. /Reuters/

İki qatar və taksi toqquşdu: Çox sayda ölən var - Bu ölkədə