İşçilərin maaşları ödənilmir — Şikayət

İşçilərin maaşları ödənilmir — Şikayət Hadisə

Guavalab MMC-də çalışan bir qrup əməkdaş sentyabr ayından etibarən şirkətdə ciddi maliyyə və idarəçilik problemlərinin yarandığını iddia edir.

News24.az xəbər verir ki, qurumda işçilərin yarıdan çoxunun ixtisar olunduğu, lakin sentyabr və oktyabr aylarına aid əməkhaqqılarının, həmçinin məzuniyyət və kompensasiya ödənişlərinin verilmədiyi bildirilir.

Şikayətçilər qeyd edirlər ki, sentyabr ayının maaşı yalnız işdə qalan azsaylı əməkdaşlara ödənilib.

Müraciətdə vurğulanır ki, məsələ artıq dörd aydır uzanır və rəhbərlik müxtəlif səbəblər göstərərək ödənişləri gecikdirir. İşçilər əmək müfəttişliyi, prokurorluq və digər aidiyyəti instansiyalara müraciət etdiklərini, lakin hələ də heç bir nəticə əldə olunmadığını bildirirlər.

Şikayətçinin sözlərinə görə, son günlər şirkətin rəhbərliyi və məsul şəxsləri ilə əlaqə saxlamaq mümkün deyil — zənglər cavabsız qalır, mesajlara geri dönüş edilmir.

Şikayətçi əməkhaqqılarının və digər hüquqi ödənişlərin verilməsi, məsul şəxslərin isə qanun qarşısında cavab verməsi üçün müvafiq tədbirlərin görülməsini tələb edir.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (bakues.az)