İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü
Hadisə
İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurması ilə nəticələnən hadisə baş verib.
News24.az xəbər verir ki, İmişli şəhər sakini 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)