İranda iki məhbusun barmaqları kəsildi - FOTO
Hadisə
Qum əyalətinin Ədliyyə Baş İdarəsinin rəisi Əli Müzəffəri bildirib ki, Qum şəhərindəki mərkəzi zindanda oğurluqda günahlandırılan iki məhbusun barmaqları kəsilib.
News24.az bildirir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, daha üç məhbusun işi eyni ittihamla Qum əyalətinin Cinayət Məhkəməsinə göndərilib.
Qeyd edək ki bu yaxınlarda Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb.
"Bu amputasiyalar xüsusilə İran hakimiyyətinin insan haqları və insan ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə möhürü ilə həyata keçirilən işgəncədir",- bəyanatda vurğulanıb.
Nəzrin