İsa Həbibbəylinin baldızı oğlunun ölümü ilə bağlı yeni faktlar
Hadisə
Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat güllə yarasından həyatını itirib.
News24.az xəbər verir ki, Nicat akademik İsa Həbibbəylinin himayəsində olub.
O, müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib. Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb.
Mərhumun 37-38 yaşlarında olduğu deyilir. İlkin versiyaya görə, o özü həyatına son qoyub. (Globalinfo.az)