Kremli tənqid edən jurnalist magistral yolda ölü tapıldı

Kremli tənqid edən jurnalist magistral yolda ölü tapıldı Hadisə

Rusiya hərbçiləri tərəfindən dağıdılan Ukraynanın liman şəhəri Mariupolda Kremlin “yenidənqurma” səylərini tənqid edən rusiyalı jurnalist bir neçə gün sonra Rostov vilayətində magistral yolun yaxınlığında ölü tapılıb.

News24.az xəbər verir ki, 39 yaşlı Aleksandr Rıbin solçu “Rabkor” nəşrində işləyərkən Kremlyönlü media qurumlarında müstəqil jurnalist olub.

Rıbinin ürək əzələsi xəstəliyi olan kardiomiopatiyadan öldüyünü iddia edilir. 

Nəzrin