Laçında qəzada həlak olan hərbçilər dəfn edildi

Laçında qəzada həlak olan hərbçilər dəfn edildi Hadisə

Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu dəfn olunub.


News24.az xəbər verir ki, hərbi qulluqçu Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında torpağa tapşırılıb.


***

13:04

Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu Gəncədə dəfn edilib.


News24.az xəbər verir ki, yol qəzasında həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.


Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər Xiyabanında dəfin edilib. Dəfn mərasimində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edib.