Laçında yük maşını aşdı – Video

Laçında yük maşını aşdı – Video Hadisə

Laçında yük maşını aşıb.

News24.az xəbər verir ki, qəza Laçın-Şuşa yolunun 10 kilometrliyində baş verib.

Yüklə dolu “DAF” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Qəza zamanı yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Yük maşını ağır tonnajlı kranın köməyilə ərazidən götürülüb.

Aşan yük avtomobilinin Qarabağda fəaliyyət göstərən şirkətə məxsus olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.