Lerikdə yük maşını dərəyə aşdı - ÖLƏN VAR
Hadisə
Lerikdə yük maşını dərəyə aşıb.
News24.az xəbər verir ki, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.
Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.(apa)