Lökbatandakı yanğında zəhərlənən daha bir nəfər öldü
Hadisə
Bakının Lökbatan qəsəbəsindəki yanğında tüstüdən zəhərlənən daha bir nəfər ölüb.
News24.az xəbər verir ki, hadisə nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alan Təbərrük İsmayılova dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.
Hadisə nəticəsində Zülfiyyə Yusifova və övladları - 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin onlara köməyə gələn 1953-cü il təvəllüdlü qonşuları Yusif Hüseynov həlak olublar.