Bakıda marketdə növbə üstündə dava – 38 yaşlı kişi cəzalandırıldı

Bakıda marketdə növbə üstündə dava – 38 yaşlı kişi cəzalandırıldı Hadisə

Səbail rayonu Bünyad Sərdarov küçəsində yerləşən “Spar” marketdə dava olub.

News24.az-ın əldə etdiyi məlumata görə, marketdə növbə gözləyən 1988-ci il təvəllüdlü S.Məmmədovla digər müştəri İ.Babayev arasında mübahisə münaqişəyə çevrilib.

S.Məmmədov tanımadığı şəxsə zərbələr endirərək ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası ətrafının qançırı, burun sümüyünün yerini dəyişməmiş sınığı ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə iş açılıb.

Cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb və müvafiq hökmlə 38 yaşlı kişiyə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Ona elektron qolbaq taxılıb. Həmçinin ictimai tədbirlərdə iştirakı qadağan edilib.

Yaşar Araz