Maştağada evdən 8 minlik qızıl oğurlandı

Maştağada evdən 8 minlik qızıl oğurlandı Hadisə

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib.

News24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisəni törətməkdə 3 nəfər şübhəli bilinir.

Belə ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər - N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.