Maştağadakı Psixiatriya xəstəxanasında ölüm hadisəsi baş verdi
Hadisə
Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, yanvarın 4-də saat 21 radələrində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Yusif Məhəmməd oğlu Nəsibov müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Məlumata görə, onun vərəmdən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz