Məktəbliləri döyən satıcı saxlanıldı: - “Səs-küy salırdılar...” - VİDEO

Məktəbliləri döyən satıcı saxlanıldı: - “Səs-küy salırdılar...” - VİDEO Hadisə
İstanbulun Kağıthane məhəlləsində dəftərxana ləvazimatları satıcısı iki azyaşlı məktəbliyə qarşı fiziki güc tətbiq edib.

News24.az "oxu.az"-a istinadən xəbər verir ki, satıcı bu əməlini mağazasına yerləşdirdiyi təhlükəsizlik kameralarının qarşısında həyata keçirib.

Artıq polislər satıcını saxlayıb. İlkin dindirilmə zamanı satıcı bildirib ki, uşaqlar onun dükanında səs-küy salıb və xəbərdarlığına məhəl qoymadıqları üçün onları cəzalandırmaq qərarına gəlib.