“Melissa Park”la növbəti qarşıdurma: Polis hərəkətə keçdi

“Melissa Park”la növbəti qarşıdurma: Polis hərəkətə keçdi Hadisə

Bir müddət əvvəl Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıtmaqla gündəmə gələn “Melissa Park” tikinti şirkəti daha bir narazılığa səbəb olub.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu dəfə şirkət sakinlərin yolunu kəsib.

Bu barədə sakinlər redaksiyamıza görüntülər təqdim ediblər. Görüntülərdən, sakinlərin şirkətin nümayəndəsinə yolun bağlanması ilə əlaqədar şikayət etdiyi, müxtəlif suallar ünvanladığı aydın olur. Şirkətin nümayəndəsi ilə suallardan yayınır.