Şəmkirdə faciəvi hadisə: ana öldü,oğlu xəstəxanalıq oldu – Yeniləndi

Şəmkirdə faciəvi hadisə: ana öldü,oğlu xəstəxanalıq oldu – Yeniləndi Hadisə

Şəmkir rayonunda ana və oğlu yaşadıqları evdə termiki yanıq xəsarətləri alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Morul kəndində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və 1976-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilib.

Mərkəzin məlumatına görə, göstərilən tibbi yardıma baxmayaraq, Sevda Budaqovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)