Naxçıvanda dəhşətli qəzada ölən Nurlanın FOTOSU
Hadisə
Xəbər verildiyi kimi, gecə saatlarında Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.
Belə ki, 67-BG-445 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1 nəfər- 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu dünyasını dəyişib. Avtomobildə olan 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu, 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu və 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu isə xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Faciəvi şəkildə ölən Nurlan Əliyevin fotosunu təqdim edirik.
Yaşar Araz