Onlardan biri 20 gün əvvəl evlənibmiş, digəri isə... İtkin düşən balıqçılardan xəbər var
Hadisə
Astarada dənizdə itkin düşən balıqçılarla bağlı yeni təfərrüatlar məlum olub.
News24.az xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov 20 gün əvvəl ailə həyatı qurubmuş. 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun isə 5 gün əvvəl övladı dünyaya gəlib. Turan Həsənov və Ağadədə Həsənov qohumdurlar.
Xatırladaq ki, onların Astara rayonunun ərazisində, Xəzər dənizində batdıqları ehtimal olunur. Hazırda itkin düşən şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
Yaşar Araz