Orxan Əsgərovun cənazəsi Bakıya gətirildi

Orxan Əsgərovun cənazəsi Bakıya gətirildi Hadisə
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi Bakıya çatıb.

News24.az xəbər verir ki, hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı və ailə üzvləri də təyyarə ilə Bakıya gətirildi.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
Orxan Əsgərovun cənazəsi Bakıya gətirildi