Övladlarını boğulmaqdan xilas edən ata dünyasını dəyişdi
Hadisə
Kütahyanın Ilıca rayonundakı isti su qaynaqları sahəsinə gedən Camal və Sultan Günəş cütlüyünün uşaqları Hüseyn və Zeynep çimmək üçün suya giriblər. Lakin uşaqlar tezliklə suyun içində itiblər.
News24.az xəbər verir ki, ata Camal Günəş suda boğulmaq təhlükəsi ilə üzləşən 2 uşağını xilas edib. Lakin o, sudan çıxa bilməyib.
Ayşe Günəş əri Cemal Günəşi suda tapa bilməyəndə jandarma qruplarına xəbər verib. Dalğıclarla aparılan axtarışlar zamanı Cemal Günəşin cansız bədəni saatlar sonra tapılaraq sudan çıxarılıb.
Prokurorluq və jandarma qruplarının araşdırmasından sonra Günəşin cəsədi xəstəxana meyitxanasına aparılıb. İstintaq davam edir.
Günel Məlikzadə