Paytaxtda QƏZA: keçidin altında faciəvi şəkildə öldü – VİDEO
Hadisə
Bakı şəhərinin Sabunçu rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə “Komsomol” dairəsi adlanan ərazidə, məhz piyada keçidinin altında qeydə alınıb.
News24.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, yolun hərəkət hissəsindən keçən piyada avtomobil tərəfindən vurulub.
Nəticədə 1985-ci il təvəllüdlü şəxs hadisə yerində keçinib.