Pirallahıda piyadanın vurulması ölümlə nəticələndi

Pirallahıda piyadanın vurulması ölümlə nəticələndi Hadisə

Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.

News24.az xəbər verir ki, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı–Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 1968-ci il təvəllüdlü Aləddin Salmanovu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. // APA