Polis əməliyyat keçirdi - 4 nəfər saxlanıldı
Hadisə
Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 43.5 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.