Polis Lerikdə əməliyyat keçirdi
Hadisə
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, həmin şəxsdən 20 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, Q.Qədimov kimliyi istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşaraq, Lerik rayonu ərazisində əldə etdiyi həmin narkotik vasitəni deyilən ünvanlara çatdırmağı planlaşdırırmış.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.