"Prius" qəbiristanlığa girdi - VİDEO

"Prius" qəbiristanlığa girdi - VİDEO Hadisə

Abşeron rayonunda qeyri-adi yol qəzası olub.

News24.az Trend-ə istinadən bildirir ki, hadisə Masazır qəsəbəsi ərazisində baş verib.

Belə ki, qarlı-şaxtalı hava şəraitində yolun buz bağlaması səbəbindən 77 DK 286 dövlət qeydiyyat nişanlı "Toyota Prius" sürüşərək qəbiristanlığa girib. Nəticədə avtomobil qəbiristanlıqdakı başdaşını zədələyib.

Hadisədən görüntüləri təqdim edirik: