Qatarın üzərinə çıxan yeniyetməni elektrik vurdu

Qatarın üzərinə çıxan yeniyetməni elektrik vurdu Hadisə

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.

İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb./report