Qazaxda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Qazaxda avtomobillər toqquşdu - Xəsarət alanlar var Hadisə

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun İkinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. // Unikal