Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb
Hadisə
Qazax rayonunda evdən meyit tapılıb.
Hhadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü M.Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb.
İlkin məlumata görə, 65 yaşlı kişi ürək tutmasından dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//APA