Qıcolmaya görə faciəvi şəkildə öldü

Qıcolmaya görə faciəvi şəkildə öldü Hadisə

Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, saat 12 radələrində Hacıalmuradlı kəndinin ərazisində 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev su kanalında boğularaq ölüb.

Belə ki, qıcolma səbəbindən kanala yıxılan gənc sudan çıxa bilməyərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır./milli.az