Qiyas Məmmədov ehtiyatsızlığının qurbanı oldu
Hadisə
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçvəli kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada 1962-ci il təvəllüdlü Qiyas Məmmədovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.