Qubada zəlzələ oldu
Hadisə
Quba rayonunda zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, yerli vaxtla saat 22:18-də Quba stansiyasından 19 km şimalda 3.3 maqnitudada zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.