Qubadlıda silah-sursat - TAPILDI

Qubadlıda silah-sursat - TAPILDI Hadisə

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində 1 pulemyot, 1 avtomat, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.