Qusarda qəza: 4 nəfər xəsarət aldı – Yeniləndi

Qusarda qəza: 4 nəfər xəsarət aldı – Yeniləndi Hadisə

Qusarda baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

News24.az xəbər verir ki, Rayonun Hil kəndində "ZİL" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1959-cu il təvəllüdlü S. Saruxanov, 1974-cü il təvəllüdlü A. Güləliyev, 1962-ci il təvəllüdlü İ. Ağakişiyeva və 1989-cu il təvəllüdlü R. Balabekov xəsarətlər alıblar.

Onlar Qusar rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma davam etdirilir. (APA.az)

**

Qusarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində üç kişi, bir qadın ağır xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.