“Respublikanski”də yanğın olub?

“Respublikanski”də yanğın olub? Hadisə

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


News24.az xəbər verir ki, videoda əraziyə yanğınsöndürmə maşınların cəlb olduğu əks olunub. Ərazidə insanların təxliyə olduğu da görünür.

Trend-in aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib və yayılan görüntülər də təlim görüntüləridir.

Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında nazirliklə TƏBİB-in birgə təlimi keçirilib.