Restoranın yaxınlığında faciəvi şəkildə öldü

Restoranın yaxınlığında faciəvi şəkildə öldü Hadisə

Ötən gecə Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  "Ozan" restoranının yaxınlığında iki minik avtomobili toqquşub.

Nəticədə avtomobildə olan şəxslərdən biri - 1993-cü il təvəllüdlü Qasımov Bayram Valeh oğlu aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.