Saatlıda ağır qəza - ÖLƏN VAR
Hadisə
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə Saatlı rayonunun Bəylik kəndi ərazisində baş verib.
Minik avtomobili yolu keçən Bəylik kənd sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu vurub.
Bir müddət sonra piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.(apa)