Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı Hadisə

Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.

News24.az xəbər verir ki, dekabrın 10-da Sabirabad royonunda Kür çayında boğulan Şıxsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlunun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//APA