Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb

Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb Hadisə


Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.