Salyanda yol qəzası: 4 nəfər yaralandı - Video

Salyanda yol qəzası: 4 nəfər yaralandı - Video Hadisə

Salyanda zəncirvari yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobilləri ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobili aşıb.

Hadisə zamanı xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Unikal)