Samuxda usta çardaqdan yıxılıb öldü
Hadisə
Samuxda bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Ziyadalı kəndində qeydə alınıb.
Kənd sakini 1982-ci il təvəllüdlü Y.Məmmədov evin dam örtüyünü təmir edən zaman yıxılıb. Kəllə-beyin travması alan 44 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (APA)