"Sədərək" gömrüyündə insident – Saxlanılan var
Hadisə
Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı yedəna keçid məntəqəsi olan “Sədərk” gömrük keçid məntəqəsində insident baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, Türkiyədən gələn, Şərur rayon Yengiçə kənd sakini, 1975-ci il təvəllüdlü B. Babayev gömrükçülərin gətirdiyi yükü yoxlaması zamanı dava-dalaş salıb.
Belə ki, gömrük xidmətinin işçiləri onun normadan artıq sayda kofe məhsulu gətirdiyini bildirərək artıq yükün müsadirə olunacağını söyləyiblər.
Orta məktəbdə mühafizəçi işləyən 50 yaşlı kişi buna etiraz edərək yükləri yerə çırpıb və uca səslə qışqıraraq ictimai asayişi pozub.
O, daha sonra saxlanılaraq polisə təhvil verilib.
Yaşar Araz