Səhvən sirkə turşusu içdi - 4 gün sonra öldü
Hadisə
Bakıda 4 gün öncə səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb.
News24.az xəbər verir ki, hadisə paytaxın Xətai rayonunda baş verib.
Məlumata görə, rayonun Babək Prospektində 1978-ci il təvəllüdlü Asif Nadir oğlu Əliyev yaşadığı evdə səhvən sirkə turşusu içib.
O, ötən gün xəstəxanada ölüb. (Unikal)