Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd etdi, həbs olundu

Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd etdi, həbs olundu Hadisə
Yanvarın 20-si Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Bu barədə News24.az-a DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
Onun sözlərinə görə, cəhdin qarşısı alınıb: “Onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub”.