Sumqayıtda abortdan sonra xəstəxanada ölən 27 yaşlı Zərifənin fotosu
Hadisə
Xəbər verdiyimiz kimi, Sumqayıtda 27 yaşlı qadın xəstəxanaya müraciət etdikdən az sonra komaya düşərək vəfat edib.
News24.az xəbər verir ki, 2 azyaşlı uşaq anası, 27 yaşlı Zərifə Ələddin qızı Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib. Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən tibbi qərar əsasında hamiləliyin süni pozulması həyata keçirilib. Yaxınlarının iddiasına görə, məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb.
Zərifə Əliyevanın yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibb personalı əvvəlcə onları vəziyyətin ciddiliyindən xəbərdar etməyib və yalnız daha sonra "başınız sağ olsun" deyərək ölüm xəbərini veriblər.
Ailəsi 27 yaşlı Zərifənin həkim səhlənkarlığının qurbanı olduğunu deyib.
Mərhumun fotosunu təqdim edirik:
Yaşar Araz