Sumqayıtda köşkdən meyit tapıldı

Sumqayıtda köşkdən meyit tapıldı Hadisə

Sumqayıt şəhərində yerləşən ticarət köşklərindən birindən meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə şəhərin 16-cı məhəllə adlanan hissəsində baş verib.

Oradakı köşkdən əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü Məmməd Baba oğlu Vəliyevin meyiti aşkarlanıb. M.Vəliyevin üzərində ilkin baxış zamanı zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Yaşar Araz