Sumqayıtda müəmmalı hadisə - 24 yaşlı oğlan yatdığı yerdə ölüb?
Hadisə
Dünən səhər saatlarında Sumqayıt şəhərinda 24 yaşlı oğlanın meyiti tapılıb.
News24.az xəbər verir ki, saat 08 radələrində 2001-ci il təvəllüdlü Fuad Elçin oğlu Əhmədovun meyiti yaşadığı 10-cu mikrorayon Kristal Abşeron yaşayış kompleksindəki evdə yaxınları tərəfindən aşkarlanıb.
Onlar bildiriblər ki, F.Əhmədov yatdığı yerdə yuxuda olarkən yataqda ölüb. Onu halsız vəziyyətdə aşkar edərkən artıq çoxdan keçinməsi məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Yaşar Araz